top of page

Haqqımızda

       "Azərkabel" ASC Mingəçevir şəhəri H.Əliyev pr.65 ünvanında yerləşir. Qeyri dövlət müəssisəsidir. İstehsal profili - Kabel istehsalı. Zavodun ümumi saqhəsi 16,2 ha, istehsal sahəsi 6,41 ha təşkil edir. 

       "Azərkabel" zavodu 1954-cü ilin martında tikilməyə başlamışdır. Zavodun tikintisi ilk gündən Mingəçevir SES - Tikinti idarəsi aparmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 27 noyabr 1957-ci il tarixli 663 saylı sərəncamı və Xalq təsərrüfatı Sovetinin 10 dekabr tarixli 58 saylı qərarı ilə zavod 01 yanvar 1959-cu ildən fəaliyyət göstərən müəssisələr sırasına daxil olmuşdur.

      2003-cü ilin sentyabr ayında Cəmiyyətin səhmlərinin 100%-i özəlləşdirilmişdir. Zavod aşağıdakı kabel məhsulları üzrə ixtisaslaşmışdır.

1. Güc kabelləri (1 kV qədər)

2. Nəzarət kabelləri

3. Açıq hava xəttləri

4. Qurğu naqilləri

5. Radio rabitə naqilləri

6. Məişət naqilləri

7. Oda dayanıqlı kabellər

Müəssisədə yeni avadanlıqlar quraşdırılmış, köhnə avadanlıqların təmiri və yenidən qurulması başa çatmışdır.

Hər bir məhsul Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi-nin serifikatına layiq görülmüşdür. Göstərilən məhsullar təcrübəli işçilər tərəfindən istehsal olunur.

Əlaqə Məlumatları

Отлично! Сообщение получено.

Azerkabel ASC

Tel.:+994 24 2753040

      +994 50 2301171

Fax: +994 24 2753040

e-mail:  info@azerkabel.az

AZ4500, Azərbaycan,

Mingəçevir şəhəri, H.Əliyev pros.65

bottom of page